AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminarı Şirvanda keçirib - FOTOLAR

  • + A
  • - A
  • 26-07-2025, 13:32

    QHT “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminarı Şirvanda keçirib - FOTOLAR

    “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan şəhər Mərkəzi Xəstəxanasının zalında təşkil edilmişdir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, seminarda səhiyyə işçiləri, o cümlədən Baş həkimin müavini Qalib Mirzəyev iştirak etmişlər. Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə iştirakçıların diqqətinə təqdimat çatdırılmışdır. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə rolu və s. barədə məlumatlar verildi.

    Müzakirələrdə Qalib Mirzəyev ictimai nəzarətin vacibliyi barədə fikirlərini bildirdi, Samirə Quliyeva, Eyyub Qubadov və başqaları aktiv iştirak etmişlər. Bibixanım Həsənova Su-Kanalizasiya İdarəsinin işindən şikayət etdi. O, qeyd etdi ki, qonşularının hamısına su xətti çəkilib, amma bizim məhəlləyə çəkməyiblər. Dəfələrlə müraciət etməyimizə baxmayaraq hələ də problem həll olunmayıb

    Çay fasiləsi zamanı müzakirələr davam etdirildi.

    Fotolar






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR