Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid Analarına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü” adlı layihə yekun mərhələsinə çatıb.QHT.az xəbər verir ki, layihə çərçivəsində iyunun 11-də Sumqayıt şəhərində, iyunun 20-də Qobustan rayonunda, iyulun 11-də Masallı rayonunda və iyulun 22-də Xaçmaz rayonunda genişmiqyaslı tədbirlər keçirilib. Tədbirlərdə yerli ictimaiyyət nümayəndələri, media təmsilçiləri, tanınmış şair və yazıçılar, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixində mühüm dönüş nöqtəsidir. Bu döyüşlər yalnız böyük Zəfərin başlanğıcı olmaqla qalmayıb, eyni zamanda 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbənin təməlini qoyub. Vurğulanıb ki, 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatları nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa edib.
Tədbirlər zamanı Aprel döyüşlərinə və həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş vətən oğullarına həsr olunmuş “Zəfər yolu” adlı videoçarx nümayiş olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi gənc nəslə şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək, vətəndaşlarımızda torpağa bağlılıq və xalqına hörmət kimi dəyərləri aşılayan məsuliyyəti təşviq etməkdir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.