AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “İnklüziv cəmiyyəti birgə quraq” adlı layihənin icrasına başlayıb - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 13:52

    QHT “İnklüziv cəmiyyəti birgə quraq” adlı layihənin icrasına başlayıb - FOTOLAR

    Sağlam Həyatın Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2025-ci il tarixdən “İnklüziv cəmiyyəti birgə quraq” adlı layihənin icrasına başlamışdır.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin məqsədi 25 nəfər autizim və daun sindrtomlu uşaq və gənclərin psixoloji reabilitasiyasını təşkil etmək, onların cəmiyyətə inteqrasiya olunmasına yardımçı olmaqdır.

    Reabilitasiyalar həftədə 3 dəfə olmaqla təşkil olunmuşdur. İştirakçılar hərəsində 8-9 nəfər olmaqla 3 qrupa bölünərək qeydiyyatları aparılmış, təyin olunmuş tarixlərdə reabilitasiyalara dəvət olunmuşlar. Dəvət olunmuş iştirakçılara psixoloq və loqoped xidməti göstərilmişdir.

    İcra planına uyğun olaraq həm iştirakçılara, həm də valideynlərə sosial psixoloji təlimlər keçirilmişdir. Reabilitasiyalar uğurla başa çatdırılmışdır.

    Layihə 31 iyul 2025-ci ildə yekunlaşacaq.

    Fotolar








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR