“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı növbəti layihəsini həyata keçirib.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyasına uyğun olaraq Şuşanın görkəmli şəxsiyyətlərindən olan şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab və İkinci Dünya müharibəsi iştirakçısı general mayor Yaqub Allahqulu oğlu Quliyev haqqında sənədli video çarxlar hazırlanmışdır. Layihə çərçivəsində hazırlanan video çarxlar əsasən sosial şəbəkələrdə və digər internet resurslarında geniş yayılaraq təbliğ olunacaqdır. Məqsəd görkəmli insanlarımızı gənc nəslin və geniş ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.