AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” adını Çempionlar Liqasının III təsnifat mərhələsinə yazdırıb

  • + A
  • - A
  • Dünən, 23:47

    “Qarabağ” adını Çempionlar Liqasının III təsnifat mərhələsinə yazdırıb


    “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda qalib gəlib. Ağdam klubu artıq UEFA Konfrans Liqasında iştirakına zəmanət verib.
    Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam “Qarabağ”ı ilə İrlandiyanın “Şelburn” komandaları arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu keçirilib.

    Qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda yeganə qol ilk hissənin pərdəsi altında, 44-cü dəqiqədə vurulub. Qonaqların müdafiəçisi Martinsin avtoqolu görüşün nəticəsini həll edib.

    İki oyunun yekununda “Qarabağ” rəqibini ümumi 4:0 hesabı ilə məğlub edib. Ağdam klubunun rəqibi FCSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi olacaq.

    Onu da əlavə edək ki, Çempionlar Liqasının 3-cü mərhələsinə keçid Qurban Qurbanovun yetirmələrinə UEFA Konfrans Liqasının qrup mərhələsində yerlərini təmin etməyə imkan verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR