AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diaspora təşkilatları niyə yenə "sinifdə" qaldı?

  • + A
  • - A
  • Bu gün, 10:46

    Diaspora təşkilatları niyə yenə "sinifdə" qaldı?

    Bugün həm kədərli, həm də qürurlu bir hadisəyə şahid olduq. Qarabağ müharibəsində iştirak etmiş, Şuşada döyüşmüş bir soydaşımız Sadiq Kanadada vəfat etdi. Ailəsi onun nəşinin Azərbaycana gətirilməsi üçün yardım istədi. Və bu yardım, təəssüf ki, dövlət qurumlarından deyil, xalqdan gəldi.

    Cəmi bir neçə gün ərzində Kanadadan Amerikaya, Avropadan Azərbaycana qədər uzanan yardım əli birləşdi, ümumilikdə 13 min dollara yaxın vəsait toplandı. Yardımlar hələ də davam edir. Bu həmrəylik, bu insanlıq nümunəsi bizə bir daha göstərdi: Biz bir olduqda güclüyük!

    Xüsusilə çətin gündə kömək edən Türk qardaşlarımıza təşəkkürlərimizi bildiririk – onların mənəvi və maddi dəstəyi çox dəyərli oldu.

    Lakin bu həmrəylik mənzərəsinin içində bir ayıb lövhəsi də var…

    Azərbaycan dövləti tərəfindən maliyyələşən diaspora təşkilatları bu məsələdə yenə susdu, yenə gecikdi, yenə laqeyd davrandı.

    Xüsusilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələdə üzərinə düşəni etmədi.

    Ailə sizə müraciət edib, izah edib ki, mərhum Qarabağ qazisidir, Şuşada döyüşüb. Hədəf sadə idi – vətən uğrunda canını qoymuş bir insanın nəşini Azərbaycana gətirmək.

    Siz nə cavab verdiniz?
    "Maaş cədvəli göndərin, baxacağıq."

    Bu cür qeyri-ciddi və bürokratik cavabla bir daha göstərdiniz ki, əslində vətənpərvərlik sizin üçün sadəcə şüarlıq səviyyəsindədir.

    Bəs siz niyə varsınız?

    Nə vaxtsa dövlətin pulu ilə keçirilən konfranslar, diaspora bayramları, formal hesabatlar bitəcək. Amma xalqın yaddaşında bu cür hadisələr qalacaq.

    Əgər Qarabağ qazisinin nəşi üçün dərhal hərəkətə keçə bilmirsinizsə, siz nəyə yarayırsınız?

    Bu cür məqamlarda dövlət qurumlarının qapısı ilk açılan yer olmalıdır: bəhanələrin arxasında gizlənən sonuncu yox!

    Bu hadisə bir daha sübut etdi ki, xalq xalqın yanındadır, bürokrat isə arxada gizlənir.
    Məqalədə Kanadada yaşayan soydaşımız Vəli Quliyevin sosial media hesabında yazdığı məlumatdan istifadə.edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR