“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” adlı layihəni həyata keçirir.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Layihə çərçivəsində 30 iyul 2025-ci il tarixində Şamaxı rayonunda “Azərbaycanda ictimai iştirakçılıq təcrübəsi: nəticələr və çətinliklər” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə iştirakçıları “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları və əsas prinsipləri, onun tətbiq mexanizmləri, bu sahədəki praktik məsələlər barədə bilgiləndirilib. Dəyirmi masa müzakirələrində ictimai iştirakçılığa dair qanunvericliyin, institusional mexnizmlərin təkmilləşdirilməsi, bu sahədə efekttivliyin artırılması, mövcud praktikada meydana çıxan çətinliklərin həlli ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Şamaxı rayon Mədrəsə, Nagaraxana, Quşçu, Meysəri, Sabir, Məlhəm, Çarhan, Şəhriyar, Göylər və digər bələdiyyə üzvləri də fəal iştirak etmişlər. Müzakirələr 3 bələdiyyə sədri qatlıb. Onlar yerli səviyyədə ictimai iştirakçılığın təmin olunması ilə əlaqədar həyata keçirdikləri fəaliyyət, bu sahədə mövcud çağırışlardan bəhs ediblər, həmçinin ictimai nəzarət alətləri, İctimai Şuraların rolu, vətəndaş cəmiyyətinin təşəbbüsləri və bələdiyyələrlə əməkdaşlıq imkanları müzakirə olunub.
Bələdiyyə nümayəndələri tədbirdə çıxış edərək yerli səviyyədə ictimai iştirakçılığın artırılması üçün birgə fəaliyyətin vacibliyini vurğulayaraq, davamlı çoxtərəfli dialoq və əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildiriblər.
Tədbir çərçivəsində iştirakçılar arasında sorğu keçirilib, sorğunun nəticələri layihənin yekun hesabatında əksini tapacaq. Həmçinin, təkliflər müvafiq dövlət orqanlarına və geniş ictimaiyyətə təqdim ediləcək.
Layihənin əsas məqsədi “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqini təkmilləşdirmək, ictimai nəzarəti gücləndirmək və vətəndaşların idarəetmədə fəal iştirakını təşviq etməkdir. İctimai nəzarət dövlət qurumlarının fəaliyyətində şəffaflığı təmin edən və vətəndaşların idarəetmədə iştirakını təmin edən vacib demokratik mexanizmdir. Layihənin icrası ictimai nəzarətin inkişafına, idarəetmədə şəffaflığın artırılmasına və vətəndaşlarla dövlət arasında qarşılıqlı etimadın güclənməsinə töhfə verəcək.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.