“Aeroflot” Moskvadan Tehrana uçuşları bərpa edib. İran və İsrail arasında münaqişə səbəbindən iyunun ortalarından şəhərlər arasında uçuşlar həyata keçirilmir.
Rusiyanın “Aeroflot” aviaşirkəti Moskvadan Tehrana uçuşları bərpa edib, aviaşirkətin mətbuat xidməti xəbər verir.
Avqustun 6-dan 7-nə keçən gecə iki şəhər arasında uçuşlar bərpa edilib.Məlum olub ki, təyyarə dünən axşam saatlarında Tehrana uçub və bu gün səhər saatlarında Moskvaya qayıdıb.
Avqustun 6-dan etibarən “Aeroflot” Rusiyadan İran paytaxtına həftədə bir dəfə çərşənbə günləri, sentyabrın 12-dən isə iki dəfə, həmçinin cümə günləri həyata keçiriləcəyini bildirmişdi.
Xatırladaq ki, aviaşirkət İran və İsrail arasında 12 günlük silahlı münaqişə başlayandan sonra iyunun ortalarında hava nəqliyyatını dayandırmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.