AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Mədəni İnkişafın Təbliği" ictimai birliyi yeni layihənin icrasına başlayıb

  • + A
  • - A
  • 10-07-2025, 11:48

    "Mədəni İnkişafın Təbliği" ictimai birliyi yeni layihənin icrasına başlayıb


    "Mədəni İnkişafın Təbliği" İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği” layihənin icrasına başlayıb. Layihənin icrası ilə bağlı peşəkar işçi heyəti seçilmiş, tədbirlər planı hazırlanmışdır.


    Layihənin əsas məqsədi Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği məsələsidir. Qərbi Azərbaycanda ata-babalarımızın yaratdıqları tarixi abidələri, zəngin ədəbi-mədəni mühiti, milli-mənəvi dəyərlərinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması xalqımızın tarixi yaddaşının zənginləşməsinə xidmət edir. Bu da tədbirlərdə iştirak edən insanlar arasında, ictimai şüurda strateji əhəmiyyətliliyi artıracaqdır..


    Layihə müddətində 3 tədbir keçiriləcəkdir, Tədbirlər Oğuz rayonunda (21.08.2025) və rayonun Yaqublu (25.08.2025) və Calud (28.08.2025) kəndlərində keçiriləcəkdir.


    Layihə müddəti 2 ay olmaqla iyul 1-dən başlamaqla avqustun 31-dək icra olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR