AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi işini uğurla davam etdirir

  • + A
  • - A
  • Dünən, 22:48

    "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi işini uğurla davam etdirir


    Şamaxı rayonu "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti tərəfindən Şamaxı-Çuxuryurd-Nağaraxana avtomobil yolunda cari təmir işləri aparılır.

    Qurumdan AzadMedia.az-a verilən məlumata görə, əsasən yolun kələ-kötür və dağılmış hissəsi yenidən bərpa olunur.

    Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaratdığından yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər.

    Adıçəkilən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əməkdaşları yollarda yaranan problemi aradan qaldırır. Belə ki, yola çınqıl tökülür və texnika ilə hamarlanır.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR