AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan elmində bir addım irəli, yarım addım geri

  • + A
  • - A
  • Bu gün, 10:29

    Azərbaycan elmində bir addım irəli, yarım addım geri

    2025-ci ilin birinci yarısında elmi dərəcələrin verilməsi və ya verilməsindən imtina olunması ilə bağlı statistika açıqlanıb. Ali Attestasiya Komissiyasının məlumatına görə, hesabat dövründə ümumilikdə 285 nəfərə fəlsəfə doktoru, 51 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib. Eyni zamanda, 141 nəfərə fəlsəfə doktoru, 14 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina olunub.

    Beləliklə, ümumilikdə 336 nəfər elmi dərəcə alıb, 155 nəfər isə imtina qərarı ilə üzləşib.

    Ən çox elmi dərəcə verilən sahələr

    Fəlsəfə doktoru üzrə:

    Filologiya – 52 nəfər

    İqtisad – 46 nəfər

    Tibb – 32 nəfər

    Texnika – 27 nəfər


    Elmlər doktoru üzrə isə üstünlük təşkil edən sahələr:

    Filologiya – 8 nəfər

    Tibb – 7 nəfər

    Texnika – 7 nəfər


    Elm sahələri üzrə təhlil

    Statistikaya nəzər saldıqda elm sahələri üzrə mənzərə birmənalı deyil. Bəzi istiqamətlərdə irəliləyiş müşahidə olunsa da, digər sahələrdə elmi işlərin keyfiyyəti və nəticələri ciddi suallar doğurur.

    Məsələn, fəlsəfə doktoru dərəcəsi üzrə nəticələr belədir:

    Riyaziyyat – 12 nəfərə verilib, 5 nəfərə imtina

    Fizika – 10 nəfərə verilib, 6 nəfərə imtina

    Kimya – 19 nəfərə verilib, 13 nəfərə imtina

    Biologiya – 13 nəfərə verilib, 13 nəfərə imtina

    Tibb – 32 nəfərə verilib, 13 nəfərə imtina

    Filologiya – 52 nəfərə verilib, 23 nəfərə imtina

    Tarix – 10 nəfərə verilib, 7 nəfərə imtina

    Pedaqogika – 7 nəfərə verilib, 5 nəfərə imtina

    Siyasi elmlər – 6 nəfərə verilib, 5 nəfərə imtina

    Psixologiya – 7 nəfərə verilib, 3 nəfərə imtina

    Sosiologiya – 1 nəfərə verilib, 1 nəfərə imtina

    Sənətşünaslıq – 8 nəfərə verilib, 18 nəfərə imtina


    Göründüyü kimi, bir çox hallarda imtina sayı verilən elmi dərəcələrin sayı ilə müqayisədə çox yüksəkdir. Bu isə elmi işlərin keyfiyyəti, mövzu aktuallığı və metodoloji yanaşmalarla bağlı problemlərin mövcudluğunu göstərir.

    Təhsil ekspertinin mövqeyi

    Təhsil eksperti Etibar Əliyev bu statistikanı şərh edərək bildirib ki, belə nəticələr Azərbaycan elminin real vəziyyətini əks etdirir və ciddi təhlil tələb edir. Onun fikrincə, dissertasiya işlərinin imtina olunması halları təsadüfi deyil, burada həm elmi rəhbərlərin, həm də elmi şuraların məsuliyyət dərəcəsi önə çıxır.

    Ekspert qeyd edib:
    “Əgər bir dissertasiya işinə imtina verilibsə, bu yalnız iddiaçıya yox, həm də elmi rəhbərə qiymət olmalıdır. Məncə, gələcəkdə imtina edilmiş işlərin elmi rəhbərlərinə bu statusu daşımaq qəti şəkildə qadağan edilməlidir. Elmimizdə keyfiyyət yalnız bu yolla yüksələ bilər.”

    Ortaya çıxan statistika göstərir ki, Azərbaycan elmi müəyyən istiqamətlərdə irəliləyiş əldə etsə də, keyfiyyətli elmi işlərin sayı hələ də kifayət qədər deyil. Bu isə “bir addım irəli, yarım addım geri” vəziyyəti yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR