Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Beyləqan rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasını davam etdirir.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, 21.07.2025- ci il tarixində Beyləqan rayonunda Gənclər evində “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində "Erkən və qohum nigahlar,onların səbəbi və fəsadları” mövzusunda dəyirmi masa keçirıldi. Tədbiri giriş sözü Beyləqan RİH dən “ Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov açdı və sözü layihə rəhbərinə verdi . Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı. Ş Dadaşova bildirdi ki,dəyirmi masada erkən və qohum nigahların yaratdığı sağlamlıqla bağlı fəsadları və 23 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Ailə Məcəlləsində ,Azəzərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat veriləcək və problemdən çıxış yolları müzakirə olunacaq. Ekspert S.Məmmədova erkən və qohum nigahın fəsadlarından və qanunvercilikdə olan dəyişikliklərdən ətraflı danışdı.Bildirdi ki, “ Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Psixoloq N.Vəliməmmədova erkən və qohum nigahın psixoloji tərəflərindən danışdı.Uşaqların gələcəkdə uğur qazanması üçün təhsil almalarını yaxud da peşəyə yiyələnmələrini tövsiyə etdi .
Valideynlər erkən və qohum nigahların həm sosial,həm mənəvi həm də sağlamlıq baxımından zərərləri barədə ətraflı məlumat aldılar.
Müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Beyləqan rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizova, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə xanım Məmmədovaya ,Baş məsləhətçi- Yetkinlikyaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov və Beyləqan Gənclər evi sosial xidmət müəssiəsinin direktoru Marat Əsgərova tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi .
İştirakçılardan Ə.Ofelya,R.Mədinə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 22 nəfər iştirak etdi.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.