AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yurduna dönüncə şəhid anasının üzü gülürmüş!

  • + A
  • - A
  • 7-08-2025, 16:07

    Yurduna dönüncə şəhid anasının üzü gülürmüş!


    Xocalı şəhəri 06 avqust 2025 ci il Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. Agentliyin maliyyələşdirdiyi “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə 06 avqust 2025-ci il tarixində saat 16-00 Xocalı şəhərində tədbir keçirildi.
    Tədbirdə Xocalıda yeni məskunlaşmış şəhid ailələri ilə keçirilən görüşdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı, Dövlət Himni də oxundu. Görüş Xocalıda yeni məskunlaşmış şəhid ailəsi Ceyran Əzizovanın evində keçirildi. Tədbir zamanı şəhidlərin ehsanına çay və şirniyyat süfrəsi açıldı və tədbirimizdə süfrə arxasında davam etdirildi. Uzun uzadı müzakirələr aparıldı. Çəhid ailələri Xocalının problemlərindən danışdılar. Xocalıda olan çatışmazlıqlardan danışdılar. Müxtəlif məişət xisməyi abyektlərinin olmaması və ya əhalinin təlabatını ödəyə biləcək alış satış mərkəzlərinin vacibliyindən danışıldı. Söhbətlər bitdikdən sonra şəhid ailələrinə layihəmiz adından hədiyyələr verildi.
    Çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin foto video materiallarının hazırlanaraq sosial şəbəkələrdə yayılması. Şəhidlər haqda geniş təbliğat , tanıtım işlərinin aparılması bu layihəmizdə də davam etdirilir. Foto video çəkilişlər aparılaraq Sosial şəbəkələrdə çoxsaylı paylaşımlar ediləcək.
    Layihənin icrasında yaxından iştirak edən birliyin Səbail rayon şöbəsinin sədri Şəhla xanım Hüseynova və birliyin üzvü Elnarə xanım Abbasovada təşkilat tərəfindən tədbirdə bütün tədbirlərdə olduğu kimi Xocalı keçirilən tədbirmizdə də iştirak etdilər, köməkliklərini əsirgəmədilər.
    Layihənin növbəti tədbiri işğaldan azad edilmiş digər ərazilərimizdə keçiriləcək..

    Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR