Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. Agentliyin maliyyələşdirdiyi “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə 13iyun 2025-ci il tarixində saat 4-00 da Bakıdan Şuşaya doğru hərəkətə başlanaraq şəhid ailələrinin Şuşa gəzintisi başlandı. Günorta saat 13-00 da Şuşa şəhərinə çatdır. 3 saat müdətində Şuşa gəzintisindən sonra Xankəndi şəhərinə getdildi. Xankəndi şəhərində əvvəlcədən danışdığımız rüestoranda yemək yeyildi. Yemək süfrəsi arxasında şəhid ailələrimiz xatirələrini bölüşdülər. Yeməkdən sonra Xankəndi gəzintisi başlandı və Axşamüsta saat 18-00 da Bakıya yola düşdük Gəzinti zamanı Foto video çəkilişlər aparılaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edildi. Gəzintidə layihə iştirakçıları və birliyin bir neçə üzvü də iştirak etdilər.
Layihənin növbəti və son tədbirlərinin bir hissəsi işğaldan azad edilmiş digər ərazilərimizdə keçiriləcək.
Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.