AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Göyçə aşıq sənəti ənənələri” layihəsinə start verildi

  • + A
  • - A
  • 5-08-2025, 17:40

    “Göyçə aşıq sənəti ənənələri” layihəsinə start verildi

    Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Göyçə aşıq sənəti ənənələri” adlı layihənin icrasına başlayıb. Layihənin müddəti 3 ayı əhatə edir.

    Layihənin əsas məqsədi Göyçə mahalına məxsus aşıq sənətinin zəngin tarixi və mədəni irsinin qorunması, təbliği və inkişafına dəstək verməkdir. Bu təşəbbüs çərçivəsində unikal aşıq ənənələrinin unudulmasının qarşısının alınması, onların gələcək nəsillərə ötürülməsi və gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi nəzərdə tutulur.

    Layihə həmçinin gənclərin aşıq sənətinə marağını artırmaq, milli musiqi ənənələrimizin dünya mədəni irsində özünəməxsus yerini tanıtmaq və təbliğ etmək məqsədini daşıyır.

    Layihənin sonunda gənclərin iştirakı ilə beş tədbir keçirilməsi planlaşdırılır.

    Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi hesab edir ki, bu layihə vasitəsilə həm gənclərimizin milli dəyərlərə marağı artacaq, həm də Göyçə aşıq sənətinin zəngin ənənələri qorunaraq gələcək nəsillərə ötürüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR