AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumayırtda şəhidlər xiyabanı ziyarət edildi

  • + A
  • - A
  • 23-07-2025, 19:26

    Sumayırtda şəhidlər xiyabanı ziyarət edildi

    Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə Sumqayıt şəhərində də keçirilən tədbir digər tədbirimiz kimi Şəhidlər Xiyabanın ziyarəti ilə başlandı.
    23 iyul 2025-ci il tarixində səhər saat 10-00 da Sumqayıt şəhərində Şəhidlər Xiyabanı ziyarət edildi. Şəhid Saleh Nuriyevin məzarının ziyarətinə gedərkən onun məzarı yanında dəfn edilmiş, 23 iyulda doğum günü olan şəhidimiz Eldar Abdullayevində məzarəı ziyarət edildi. Bu gün xatirə günü keçiriləcək dörd şəhiddən yalnız birinin məzarı var. Bizdə məzarı olan şəhid Saleh Nuriyevin məzarını ziyarət etdik. Şəhidimizin anası və ailə üzvləridə bizimlə bərabər xiyabana gəldilər. Silahlı qüvvələr veteranı Mətanət xanım Məhərrəmovanın oğlu şəhid Elçin Hüseynovunda məzarını ziyarət etdi.
    Kamran Nurulla oğlu Orucov 1992-ci il itkin şəhid
    Saleh Səxavət oğlu Nuriyev 2020-ci il şəhid olub
    Pənah Ağa oğlu Məhərrəmov 1993-cü il itkin şəhid
    Arif Ağa oğlu Rüstəmov 1994-cü il itkin şəhid




    Silahlı qüvvələr veteranı Mətanət xanım Məhərrəmovanın oğlu şəhid Elçin Hüseynovun da məzarını ziyarət etdik. Şəhidlər Xiyabanının ziyarətindən sonra Sumqayıt şəhərində yerləşən Turan kafesində, dörd şəhidimizin xatirəsi yad edildi. Üç nəfəri itkin şəhid, bir nəfəri ilə 2020-ci il şəhid olmuş, itkin şəhidlərimizdən biri, Orucov Kamran Nurulla oğlunun bacısı oğlu Saleh Nuriyevdir.
    Şəhidlər Xoyabanının ziyarətindən sonra başlanılan tədbiri giriş sözü ilə layihə rəhbəri Müharibə Veteranı Qadınlarına Sosial yardım İctimai Birliyinin sədri Radə Abbas açaraq şəhid ailələrini salamlad. Radə Abbas layihə haqda məlumat verdikdən sonra Azərbaycanın müstəqilliyi və Ərai bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Soydaşlarımızın həyatının və döyüş yolunun, mübarizliyin, vətənsevərliyin gələcək nəsillərə çatdırılması məqsədi ilə dörd şəhidimizə rejissor Etibar Məmmədovun hazırladığı, səsəli foto slayd. disklərə köçürülərək şəhid ailələrimizə hədiyyə edildi.
    Çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin qeyd edilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə keçirilmiş tədbirin foto video materiallarının hazırlandı. Çəkliş montaj edilərək sosial şəbəkələrdə yayılanacaq. Bununlada layihənin daha çox insana çatdırılması baş tutacaq. Tədbirdə hər kəs ən əsasi isə şəhid anaları ürək sözlərini söylədilər. Tədbirin bu şəkuildə keçirilməsi üçün təşəkkür etdilər. Şəhid anaları bizə maddi deyil mənəvi dəstək, bax beləcə bizi bir yerə yığıb dərdimizi paylaşmaq lazımdır. Bu layihədə isə bizə lazım olan edildiyi üçün sizlərə təşəkkürümüz sonsuzdur dedi şəhid anası Ülviyyə xanım.
    23 iyul 2025-ci il tarixində saat 10-00 da Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərimizin ziyarəti ilə başlayan tədbirimiz Turan kafesində çay süfrəsi arxasında davam etdi. Şəhidlərin ehsanına çay və şirniyyat süfrəsi açıldı. Tədbirdə açılan şirniyyat süfrəsinin təşkili üçün bütün şirniyyatları “BANU” Şirniyyat evinn rəhbəri Samir Süleymanov hədiyyə etmişdir.
    Allah rəhmət eyləsin, ruhu şad, məkanı cənnət olsun bütün şəhidlərimizin

    Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR