Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. Agentliyin maliyyələşdirdiyi “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə 27 iyun 2025-ci il tarixində saat 12-00 Bakı şəhərində Şəhidlər xiyabanında AVMVİB-nin Səbail rayon şöbəsinin ofisində keçirildi.
Layihəmizin icrasının həyata keçrilməsi məqsədi ilə çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin foto video materiallarının hazırlanaraq sosial şəbəkələrdə yayılması.
Şəhidlər haqda geniş təbliğat , tanıtım işlərinin aparılması bu layihəmizdə də davam etdirilir. Foto video çəkilişlər aparılaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilməsi qərara alınıb. Eyni ilə bu tədbirimizdə də foto, video çəkilişləri aparıldı sosial şəbəkələrdə yayıdı.
Keçirilən tədbirdə iştirakçıların əksəriyyəti şəhid ailələri idi. Tədbir zamanı şəhidlərimizin xatirəsinə çay və şirniyyat süfrəsi açılaraq ehsan verildi. Tədbirdə iştirak edən şəhid ailələri öz dərdlərinə şərik olan hər kəsə öz təşəkkürlərini bildirdilər.
Layihənin icrasında yaxından iştirak edən birliyin Səbail rayon şöbəsinin sədri Şəhla xanım Hüseynova və birliyin üzvü Elnarə xanım Abbasovada təşkilat tərəfindən tədbirdə bütün tədbirlərdə olduğu kimi Xocalı keçirilən tədbirmizdə də iştirak etdilər, köməkliklərini əsirgəmədilər.
Layihənin növbəti və son tədbirləri işğaldan azad edilmiş ərazilərimizdə və Gəncə Göygöl rayonlarında keçiriləcək.
Layihə rəhbəri Radə Abbas.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.