AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlaxda sahibkarlar üçün dövlət satınalmaları üzrə təlim keçirildi - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 10:03

    Yevlaxda sahibkarlar üçün dövlət satınalmaları üzrə təlim keçirildi - FOTOLAR


    2025-ci il sentyabrın 20-də Yevlax KOB EVINDƏ-də İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında rəqabətliyinin artırılması” layihəsi çərçivəsində regionda fəaliyyət göstərən 20 sahibkara “Dövlət satınalmalarının təşkili və idarə olunması mövzusunda təlim keçirilib.


    QHT.az xəbər verir kii, təlimin əsas məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOSS) dövlət satınlalmarında iştirakçılığın artırılması istiqamətində dövlət satınalmalarında biznesin səmərəli faydalanmasını təmin edilməsi, sahibkarların satınalma proselərinə dair məlumatlarının bilik və bacarıqlarının artırılmasıdır. Təlim peşəkar təlimçi, satınbalma sahəsdində praktiki təcrübəyə malik olan Etibar Qasımov tərəfindən sahibkarlara təqdim edildi, onları maraqlandıran suallara aydınlıq gətirildi. Dinləyicilərin məlumatlarının dərinləşməsi və özünümarifləndirmə prosesinin daha da təkmilləşdirilməsi üçün onlara satınalma proseslərinin hüquqi və praktiki məsələrini əhatə edən “Dövlət satınalmalarının təşkili və idarə edilməsi” adlı kitabla təmin edilmişdilər. Təlimdə KOBİA-nın Aran regional kordinatorluğunun KOB dostu Sahib Əmirov iştirak edərək öz tövsiyyələrini təqdim etdi.

    Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR