AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeronda narkomaniyaya qarşı maarifləndirici seminar-treninqlər başladı - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 22:30

    Abşeronda narkomaniyaya qarşı maarifləndirici seminar-treninqlər başladı - FOTOLAR


    İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

    QHT.az xəbər verir ki, layihənin icra müddəti 4 ayı (01 iyun – 30 sentyabr 2025) əhatə edir. Tədbirlər Bakı şəhərində və Abşeron rayonunun Mehdiabad, Saray və Xırdalan qəsəbələrində, həmçinin Yasamal, Nəsimi, Səbael, Nərimanov və Binəqədi rayonlarında reallaşdırılacaq. Layihənin əsas məqsədi gənclər və yeniyetmələrin maarifləndirilməsi yolu ilə narkomaniyaya qarşı mübarizədə fəallığa təşviq etməkdir.

    İlk tədbir 20 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Yeni Başlanğıc” Reabilitasiya Mərkəzində baş tutub. Tədbirdə 28 nəfər iştirak edib.

    Seminarı Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı açaraq iştirakçıları salamlayıb, dövlətin və QHT-lərin narkomaniya ilə mübarizədə səylərini diqqətə çatdırıb. Ardınca söz İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri, layihə rəhbəri Səltənət Qocamanlıya verilib. O, çıxışında bir ana kimi öz tövsiyələrini bölüşüb, iştirakçılara sağlam gələcək arzularını çatdırıb.

    Daha sonra layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırov mövzu üzrə təqdimatla çıxış edib. Təlimdə aşağıdakı istiqamətlər əhatə olunub:

    Narkomaniya ilə bağlı əsas anlayışların izahı

    İnsanların narkotik asılılığına necə düşməsi

    Asılılığın yaranma səbəbləri

    Narkotiklərin törətdiyi fəsadlar

    İynədən yoluxa bilinəcək xəstəliklər

    Narkomaniyaya qarşı mübarizə yolları

    Müalicə qaydaları və prosesin xüsusiyyətləri

    Təqdimatdan sonra iştirakçılar 4 qrupa bölünərək verilən suallar üzərində işləyiblər və hər qrupdan bir nəfər təqdimatla çıxış edib.

    Seminarın sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Tədbir foto və video çəkilişlə də müşayiət olunub.

    Fotolar











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR