AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Model sevgilisini döyən Ziya Hüseynzadə niyə həbs olunub? - Adnan Əhmədzadənin cəza mexanizmi...

  • + A
  • - A
  • Dünən, 23:28

    Model sevgilisini döyən Ziya Hüseynzadə niyə həbs olunub? - Adnan Əhmədzadənin cəza mexanizmi...

    2023-cü ilin may ayında tanınmış model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi ilə bağlı yerli mediada xəbərlər tirajlanmağa başladı. Döyülmə faktı ilə bağlı CM-in 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlandı və modeli döyməkdə şübhəli bilinən sevgilisi Ziya Hüseynzadə həbs olundu.

    Lakin "PKF Audit Azerbaijan" və “PKF Audit Consultinq" şirkətlərinin sahibi olan Z.Hüseynzadəyə qarşı müəmmalı şəkildə yeni ittihamlar irəli sürüldü. Model sevgilisini döyməsi ilə gündəmə gələn Z.Hüseynzadə həm də vəzifə saxtakatlığı, dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirli bilindi. Nəhayət 2025-ci ilin mart ayının 10-da məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

    Maraqlısı odur ki, bütün məhkəmə proseslərində "Qlobal Media Holdinq"in əsas media ruporlarından olan Report.az xüsusi canfəşanlıq göstərirdi. Təsadüfi deyil ki, Report.az bu işlə bağlı məhkəmə proseslərini işıqlandıran saytlar üçün də əsas istinad mənbəyi rolunu oynayırdı.

    Əldə etdiyim məlumatlara görə, Z.Hüseynzadə model sevgilisini - Razi Əliyevanı Adnan Əhmədzadə ilə olan əlaqələrinə görə döyüb. O, sevgilisini qısqanıb və nəticədə zorakılığa yol verib.

    Lakin proses bununla yekunlaşmayıb.

    A.Əhmədzadə R.Əliyevanın könlünü almaq üçün Z.Hüseynzadəni ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. Bununla da, Z.Hüseynzadəyə qarşı irəli sürülən ittihamların sayı çoxalıb və onun qısa müddətdə azadlığa çıxmaq şansı tamamilə sıfırlanıb.

    Müəllif: Samir Feyruzov
    https://www.facebook.com/share/17dU2imva6/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR