AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib - FOTO

  • + A
  • - A
  • Bu gün, 15:55

    QHT xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib - FOTO


    Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib.

    QHT.az xəbər verir ki, layihənin əsas məqsədi soydaşlarımızın ana dilini öyrənməsi, Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə daha sıx bağlı olmalarına dəstək göstərməkdir.

    Onlayn dərslər çərçivəsində şagirdlər:

    Azərbaycan dilində oxuma və yazma bacarıqlarına yiyələnirlər;

    Rəngarəng interaktiv məşğələlərdə iştirak edirlər;

    Milli dəyərlərimizi yaxından öyrənirlər.

    Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR