AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər arasında məişət zorakılığı və insan alverinə qarşı maarifləndirmə seminarları keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 14:15

    Gənclər arasında məişət zorakılığı və insan alverinə qarşı maarifləndirmə seminarları keçirilib - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” RİİB tərəfindən icra edilən "Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili" layihəsi çərçivəsində regionun 4 ali və orta ixtisas təhsil müəssisəsində “Məişət zorakılığına və insan alverinə qarşı birgə mübarizə” mövzusunda maarifləndirici seminarlar təşkil olunub.

    QHT.az xəbər verir ki, tədbirlərin əsas məqsədi gənclərin bu sahədə məlumatlılığını artırmaq, insan hüquqlarının qorunmasına dair biliklərini möhkəmləndirmək və zorakılığa qarşı ictimai məsuliyyət hissini gücləndirməkdir. Seminarlar Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci və Bakı Dövlət Universitetinin Qazax filialında keçirilib. Hər bir seminarda tələbələrə məişət zorakılığı və insan alverinin mahiyyəti, onların cəmiyyət üçün yaratdığı sosial-iqtisadi nəticələri, həmçinin mübarizə və müdafiə mexanizmləri barədə ətraflı məlumat təqdim olunub. Tədbirlərdə 130 nəfərdən çox tələbə iştirak edib.

    Seminarlar interaktiv müzakirələr və real keyslər əsasında aparılıb. İştirakçılar zorakılıqla bağlı mövcud yanlış inancların aradan qaldırılması, qurbanların hüquqi və psixoloji müdafiəsi, dövlət və QHT-lərin bu sahədə rolu haqqında məlumatlarla tanış olublar.

    Layihə eksperti Südabə Məmmədova bildirib ki, gənclərin bu cür maarifləndirici tədbirlərdə iştirakı cəmiyyətdə zorakılıq hallarının qarşısının alınmasında mühüm rol oynayır. Onun sözlərinə görə: “Məişət zorakılığı və insan alveri qurbanlarının müdafiəsi yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Onlara psixoloji və sosial dəstək göstərmək, təhlükəsiz sığınacaqlara çıxış imkanlarını genişləndirmək vacibdir. Sığınacaqlar qurbanların yeni həyata adaptasiyası üçün mühüm rol oynayır və onların cəmiyyətə reinteqrasiyasını asanlaşdırır.”

    Seminarların yekununda vurğulanıb ki, məişət zorakılığı və insan alverinə qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyətinin və gənclərin fəal iştirakı ilə mümkün ola bilər. Maarifləndirmə tədbirlərinin davamlı təşkili gənc nəslin hüquqi savadlılığını artırmaqla yanaşı, onların sosial məsuliyyətini də gücləndirir.

    Fotolar






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR