AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM sədri: Bəzi ödənişli ixtisaslara qəbul olanlar təhsillərini dövlət sifarişi üzrə davam etdirəcək

  • + A
  • - A
  • Bu gün, 15:31

    DİM sədri: Bəzi ödənişli ixtisaslara qəbul olanlar təhsillərini dövlət sifarişi üzrə davam etdirəcək

    Yaxın günlərdə bakalavriat səviyyəsi üzrə bəzi ödənişli ixtisaslara qəbul olanlar təhsillərini dövlət sifarişi üzrə davam etdirəcək.

    Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunduqdan sonra boş qalan dövlət sifarişli yerlər açıqlanacaq: "Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir".

    M.Abbaszadə xatırladıb ki, bu il 804 nəfər magistratura üzrə ödənişli təhsildən dövlət sifarişli yerlərə keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR