AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“LC Waikiki Azərbaycan”-da saxta məhsullar BREND kimi satılır - İDDİA

  • + A
  • - A
  • 20-02-2021, 12:48

    1906-cı ildə Bakı şəhərində yerli icra hakimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25 №-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə, çəki vasitələrinin və digər malların, məhsulların, xidmətin yoxlanması məntəqələri təşkil olunmuşdur.
    Bunu niyə yada saldıq.
    Deməli, hələ 115 il əvvəl məhsulların “standart”a uyğun olub-olmamasını yoxlamaq üçün qurum fəaliyyətə başlayıb.
    Sovet dövründə isə bu məsələ ilə ciddi məşğul olan qurum var idi – “Qosstandart“.
    2008-ci il tarixdə prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradıldı.
    Yəni istehlakçıların dələduzlar tərəfindən aldadılmaması, saxta malların, standarta uyğun gəlməyən məhsulların yoxlanması üçün hətta Dövlət Komitəsi də fəaliyyət göstərir.
    Hətta Allah qoymasa, İstehlakçıların hüquqlarını qoruyan Agentlik də bu gün fəaliyyət göstərir. Amma…
    Bu gün Azərbaycanda ucuz, keyfiyyətsiz, saxta malları BREND adı ilə dəfələrlə baha qiymətə satan mağazalar var.
    Azərbaycanda illərdir ki, tekstil bazarında belədir – Türkiyədən və Çindən ölkəyə gətirilən paltarlar mənşə ölkələrindən “su qiymətinə” alınır, Azərbaycanda isə qızıl qiymətinə satılır. Məsələn, siz Türkiyədə cibinizdə olan pulu Azərbaycan manatına çevirəndə 10 manata aldığınız pencəyi Bakıda brend malların satışını təşkil edən məşhur mağazalarda çox baha, hətta 1000 manata da satılmasının şahidi ola bilərsiniz. Bu tekstil bazarında istehlakçıların hüquqlarının qanunun tələb etdiyi şəkildə qorunmamasının təzahürüdür.
    Gundelik-baku.com bildirir ki, “LC Waikiki Azərbaycan”ın satış nöqtəsində də eyni vəziyyətdir. Malların sertifikatı yoxdur. Satış meneceri deyir ki, satdıqları mallar brend mallardır, hər birinə aid də sertifikat var. Sadəcə, həmin sertifikat baş ofisdədir.
    Ancaq ölkədə satılan tekstil malların sertifikatı heç bir mağazada yoxdur. Malların mənşəyi haqda məlumat da verilmir.
    Yaxınlıqdakı asılqandan götürdüyü şalvarı satıcıya göstərən müştəri “bu hansı ölkənin malıdır” sualını ünvanlayır. Satıcı şalvarı alıb iç üzündəki etiketdən həmin məlumatı oxumağa çalışır. Lakin çətinə düşdüyünü görüb malı asılqana qaytarır.
    Əslində istehlakçı hansı mağazadan şalvar, köynək, parfüm, ayaqqabı alırsa, həmin malın sertifikatı da məhz həmin mağazada olmalı, alıcı tələb etdikdə satıcı həmin sertifikatı təqdim etməlidir. Alıcının satıcıdan malın ilkin alış qiymətini təsdiq edən sənədi alıb baxmaq, öyrənmək hüququ da var. Azərbaycanda qanunlar gözəldir, lakin icrası ilə bağlı çox ciddi problemlər var. Nəzarət etməli qurumlar da çox vaxt qanunların icra olunmamasına şərait yaradırlar.
    Bəli, ölkəmizdə məhsulların keyfiyyətinə və standarta uyğun olmasına nəzarət edən qurumlar özləri də bilmirlər ki, nə işlə məşğuldurlar.
    Yəni rusca “Qosstandart” dediyimiz qurum ''qost-most'' bilmir. //gundelik-baku.com//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR