AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mirvari Qəhrəmanlının qızına tərtib olunan protokola xitam verildi

  • + A
  • - A
  • 15-03-2021, 20:40


    Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı – 194 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Sara Rəhmanovanın çalışdığı məktəbdə rəhbərlik tərəfindən psixoloji təzyiqlərə məruz qalması ilə bağlı xəbər vermişdik.

    S.Rəhmanova məktəbin direktoru Elnarə Zeynalova və direktor müavini İsmayıl Hüseynov tərəfindən sıxışdırıldığını, işdən çıxarılması üşün təzyiq olunduğunu bildirmişdi.

    Qarşı tərəfin ittihamları əsasında müəllim “NZS” qəsəbəsinin sahə müvəkkili tərəfindən 50 manat məbləğində cərimə olunmuşdu.

    Artıq bu gün S.Rəhmanova barəsində tərtib olunan həmin protokola xitam verilib.

    Bu barədə “Qafqazinfo”ya M.Qəhrəmanlı məlumat verib.

    Onun sözlərinə görə, qızı S.Rəhmanova ötən həftə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və idarənin rəis müavini tərəfindən dinlənilib. Ona məsələnin nəzarətə götürüldüyü bildirilib:

    “Artıq bu gün həmin protokola xitam verilib və sahə müvəkkili cərimə kimi aldığı məbləği qaytarıb. Həmin məsələ ilə bağlı anlaşılmazlıq olduğu vurğulanıb”.

    Xatırladaq ki, S.Rəhmanova “Qafqazinfo”ya 194 saylı məktəbdə təzyiqlərə məruz qaldığını, buna görə 37-ci Polis Bölməsinə, Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdiyini demişdi.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qeyd edilən məsələ ətrafında müvafiq araşdırma aparıldığını, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirmişdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR