Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olunub.
Azadmedia.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadla xəbər verir ki, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır: https://azerdostavka.shop/tracks/168420936
“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici “WhatsApp@ nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.