AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASAN könüllüləri tərəfindən təşkil olunan “Dostluq” turniri başa çatıb

  • + A
  • - A
  • 23-04-2021, 17:42


    23 aprel 2021-ci il tarixində Tofiq Bəhrəmov adına Respublika stadionunda “Dostluq” futbol turnirinin bağlanış mərasimi keçirilib.

    Turnir “ASAN Könüllülük” Məktəbinin və “Qarabağ” futbol klubunun birgə əməkdaşlığı və “Badamlı” şirkətinin tərəfdaşlığı çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, eyni zamanda “Qarabağ” futbol klubunun oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş Allahverdi Bağırovun anadan olmasının 75-ci ilinə həsr olunub.

    12 – 23 aprel tarixində baş tutan turnirdə ümumilikdə 12 qurumun komandaları iştirak edib.

    Bağlanış mərasimində final oyununda isə “Bir Könüllü” komandası qalib gələrək turnirin qalibi olub.

    Turnirin məqsədi gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, Milli Qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği olub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR