AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Abbasov Vüqar Xeyrulla oğlunun ailəsi ziyarət edildi

  • + A
  • - A
  • 29-05-2021, 00:19


    Masallı şəhər 70 saylı dairənin millətvəkili Məşhur Məmmədovun kollektivi, “AzadMedia.az” xəbər portalı, Masallı rayon Təhsil Fondu, “Ümidim sənsən” Sosial İnkişafa Dəstək İctimai Birliyi birgə, 28 May Respublika günü bayramında Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş və doğum günü bayram günü ilə eyni gündə olan Masallı rayonu şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad ediblər.

    Bu gün II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Abbasov Vüqar Xeyrulla oğlunun da doğum günüdür.

    Qeyd edək ki, şəhidin doğum günündə Mirnizam Vahabov, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Ülkər Piriyeva, Nazilə Hüseynova, Fidan Abbaslı iştirak ediblər.

    Onlar şəhid ailəsinin problem və qayğılarıyla maraqlanıblar.

    Qeyd edək ki, şəhid Abbasov Vüqar Xeyrulla oğlunun doğum günü - 28.05.1975-ci il, şəhid olduğu tarix - 16.03.2020-ci il tarix idi.

    Nümayəndələr şəhidin yaşlı valideyninə bir daha səbr diləyiblər. “Bu əziz 28may Respublika günü ilə şəhidin doğum gününün üst-üst düşməsini qürurla anaraq şanlı qələbəmizi borclu olduğumuz bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında, gözü yaşlı, məğrur anaya növbəti dəfə təsəlli verərək qarşınızda ehtiramla baş əyirik”-deyə, qeyd ediblər.

    Şəhidin yaşlı valideyni, onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
    Eyni zamanda, 70saylı dairənin millətvəkili Məşhur Məmmədovun Masallı rayonunda şəhid ailələrinə hər daim göstərdiyi diqqət və qayğıdan məmnunluğunu dilə gətirib.

    AzadMedia.az-ın verdiyi məlumata görə, millət vəkili Məşhur Məmmədovun kollektivi, AzadMedia.az xəbər portalı, Masallı rayon Təhsil Fondu, Ümidim Sənsən Sosial İctimai Birliyi həmçinin birgə şəhidin evində onun ruhuna dualar oxuyublar.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR