Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlar üçün təlimlərə start verilib.
Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi yeni təyin olunan direktorların peşəkar inkişafı, hazırlıq səviyyələrinin artırılması və idarəetmə bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
16 nəfərlik qrupu əhatə edən təlimlər praktik əsaslıdır və 6 moduldan ibarətdir. Modullar müvafiq olaraq rəqəmsal idarəetmə, məktəb sənədlərinin aparılması və saxlanması, idarəetmədə müasir yanaşmalar, sağlam psixoloji mühitin təşkili, hesabatlılıq və ictimaiyyətlə əlaqələrin idarə edilməsi istiqamətlərini əhatə edir. Təlimlər TDM-in yüksək ixtisaslı metodistləri tərəfindən aparılır.
Təlimlərdə mövzular ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.