AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət şəhid ailələri və qazilərə diqqət və qayğısını əsirgəmir

  • + A
  • - A
  • 30-08-2021, 17:13


    Respublikamızda hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə tam əhatə olmuşlar. Müzəffər Ali Baş Komandanımız vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan ordusunun hərbçilərinə və qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil,fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə daha 11 min mənzil və fərdi evlər verilməsi nəzərdə tutulmuşdur.
    Biz uzun illər ərzində deyirdik ki, nəyin bahasına olursa-olsun öz torpağımızı - Qarabağı qaytaracağıq, şəhidlərimizin qisasını alacağıq və belə də oldu.Azərbaycan tarixi ədaləti bərpa etdi .İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq . Müharibə dövründə Azərbaycan hərbçiləri Ali Baş Komandana Azərbaycan xalqına arxalanaraq həm peşəkarlıq həm də qəhrəmanlıq göstərdilər.
    Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Yaşat Fondu yaradıldı.İşğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticəsinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş qazilərimizə Yaşat Fondu tərəfindən yardımlar göstərilir.Onların bir hissəsi qardaş Türkiyə Respublikasında müalicə alaraq vətənimizə dönürlər.
    Şəhid ailələri və qazilərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.Onların mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılıb. Qazilərimizin reabilitasiyası üçün ölkəmizdə yeni sağlamlıq mərkəzləri açılıb.
    Bu gün vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlətin qayğısı ilə əhatə olunur. Bu gün şəhid ailələri və qazilərimizi təkcə dövlət yox, biz ziyalılar,sadə vətəndaşlar da daim diqqətdə saxlamalı, onların problemlərinin həll olunması üçün əlimizdən gələni etməliyik!

    Ramil Qarayev
    S.Məmmədov adına Axıcanlı kənd tam orta məktəbin tarix müəllimi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR