AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə "Unudulmaz tarix" adlı yürüş keçirilib

  • + A
  • - A
  • 15-10-2021, 21:20


    Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Təhsil İdarəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrinin ildönümünü qeyd etmək məqsədi ilə “Unudulmaz tarix” adlı yürüş keçirilib.

    Yürüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, Icra Hakimiyyətinin məsul əməkdaşı Azər İbrahimov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gənclər və İdman Baş İdarəsinin müdiri Həmid Nəsirov, təhsil işçiləri, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və dərnək üzvləri, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR