AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müəllimin cəbhə gündəliyi” layihəsinə start verilir

  • + A
  • - A
  • 18-10-2021, 15:38


    Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinə start verilir.

    Layihənin əsas məqsədi Vətən yolunda hər cür fədakarlığa hazır olan, torpaqlarımızın etibarlı müdafiəsi üçün şagirdlərini vətənpərvər ruhda yetişdirməyi qarşısına məqsəd qoyan, təkcə sinif otağında deyil, eyni zamanda cəbhədə də vətənpərvərlik dərsi keçməyi bacaran I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimləri geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.

    Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR