AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil naziri Lənkəranda STEAM Mərkəzinin açılışında iştirak edib

  • + A
  • - A
  • 2-03-2022, 14:59

    Təhsil naziri Lənkəranda STEAM Mərkəzinin açılışında iştirak edib

    Martın 2-də təhsil naziri Emin Əmrullayev Lənkəran şəhərinə səfər edib. Səfər çərçivəsində Lənkəran şəhər 7 nömrəli tam orta məktəbdə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

    Açılış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Lənkəran rayonunun kəndlərindən, eləcə də Masallı, Astara, Lerik və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.

    Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR