AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyə sənədini necə rəsmiləşdirmək olar? - Video

  • + A
  • - A
  • 7-03-2022, 20:38

    Bələdiyyə sənədini necə rəsmiləşdirmək olar? - Video

    Qalaq-qalaq pul verib topraq alırıq, ancaq qarşılığında verdikləri sənədlər heç bir işə yaramır...Yəqin ki, çoxları bələdiyyə sənədlərindən söhbət getdiyini anlayır. Bu problem isə daha çox paytaxtda yaşanır. Belə ki, Bakının bəzi ərazilərində vətəndaşlara satılan torpaqların əvəzində bir neçə illik icarəni nəzərdə tutan akt təqdim olunur. Həmin şəxslər isə bunu torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edib başlayır ev tikməyə. Ancaq sonradan aydın olur ki, sən demə, tikdikləri mənzillər qanunsuzdur. Məhz belə səbəblərə görədir ki, bu gün vətəndaşlar bələdiyyə sənədlərinin etibarlılığına güvənmirlər. Xəbərertəsi verilişi bələdiyyə sənədi ilə alınmış əmlaklarda yaranan problemləri araşdırıb.

    Əmlak məsələləri üzrə ekspert , Ramil Osmanlı deyir ki, bələdiyyə torpaqlarının alqı-satqısı yalnız hərrac yolu ilə həyata keçirilə bilər.Onun sözlərinə görə ,hərracların həyata keçirilməsi müvafiq icra hakimiyyətinə yəni əmlak məsələləri üzrə dövlət xidmətinə aiddir. Hərracdan kənar aparılan alqı-satqı əməliyyatları, bələdiyyələr tərəfindən verilən aktlar, müqavilələr, bunlar hamısı qeyri-qanunidir və vətəndaşlar nəzərə almalıdırlar ki, həmin alqı-satqı aktlarının hüquqi əsası yoxdur və gələcəkdə qeydiyyat sənədi alınması mümkün olmayacaq. Ramil Osmanlı bildirir ki, bələdiyyələr müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan hansısa bir icarə müqaviləsi də bağlaya bilməzlər. Əgər torpaq sənədinin alqı-satqı aktı ilə yanaşı, dövlət torpaq və xəritə çəkmə komitəsinin katastr planı, eyni zamanda rayon icra hakimiyyətinin rəyi varsa, ödəniş qəbzləri və s. hamısı yerindədirsə, demək ki həmi alqı-satqı müqaviləsi artıq bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınıb və reysterə daxil olunub. Hüquqşünas Şamil Paşayevin fikrincə isə , nə qədər ki, torpaq alqı-satqısına dair prosedur sadələşdirilməyib, bələdiyyə sənədləri ilə bağlı məhkəmələrə edilən şikayətlər bitməyəcək.O bildirir ki , torpağın alqı-satqısı, tikintinin aparılması , vətəndaşların ev fondunun təmin edilməsi vahdi pəncərə sistemi əsasında təşkil olunması ilə bağlı vəkillər dəfələrlə təklif ediblər. Şamil Paşayevin sözlərinə görə,vətəndaş torpağı almaq, sənədləşdirmək üçün 20-yə yaxın dövlət qurumuna müraciət etməlidir. Bu isə böyük əziyyətə səbəb olur. Buna görədə insanlar aldanır, daha asan üsullara əl atırlar. nəticə isə məhkəmələrə üz tutmaq olur. Hüquqşünasın sözlərinə hərracdan kənar bağlanan müqavilə qanunla qadağandır və buna görə hətta cinayət işi də açıla bilər.

    Material Xəzərxəbər-ə istinadən təqdim olunur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR