AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tələbələrə nə qədər Prezident təqaüdü veriləcək? - MƏBLƏĞ

  • + A
  • - A
  • Bu gün, 18:02

    Tələbələrə nə qədər Prezident təqaüdü veriləcək? - MƏBLƏĞ

    Prezident İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

    102 tələbəyə təqaüd təyin edilib.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

    Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

    Qeyd edək ki, Prezidentin bu il imzaladığı Fərmana əsasən, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR