İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən "Qlobal Sumud Donanması" gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndərilib.
Onların olduqları təyyarə İstanbula çatıb.
Qeyd edilib ki, Türkiyəyə ümumilikdə "Qlobal Sumud Donanması" gəmilərində saxlanılmış müxtəlif ölkələrin vətəndaşları olan 137 şəxs gəlib.
***
İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən "Qlobal Sumud Donanması" gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndəriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.
“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, - Keçeli bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.