May ayının 26-da YAP Ağcabədi rayon təşkilatı 28 may Müstəqillik günü münasibətilə konfrans keçirmişdir.
Tədbirdən əvvəl bir qrup YAP fəalının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Heydər Əliyev meydanındakı abidəsi önünə tər çiçək dəstələri düzülərək onun əziz xatirəsi ehtiramla yad edilmişdir. Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açdı. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın Dövlət Himni səsləndikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov geniş məruzə etdi.
Məruzədə qeyd edildi ki, 28 May Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikası yaradılıb.Cümhuriyyət cəmi 23 ay mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Məruzənin sonunda Ölkəmizin hərtərəfli yüksək qabiliyyətli, vətəndaşları tərəfindən sevilən və Beynəlxalq aləmdə xüsusi nüfuzu ilə seçilən Prezidenti, güclü ordusu və yumruq kimi birləşmiş xalqı olduğunu vurğulayan Rövşən Əhmədov bu birliyin Azərbaycanı daha böyük Qələbələrə çatdıracağına əminliyini ifadə etmişdir.
Məruzə ətrafında ADPU-nun Ağcabədi filialı ərazi təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov, Hindarx qəsəbə ərazi təşkilatının sədri Elminaz Hüseynova, Şəhər 8 saylı ərazi təşkilatının sədri Anar Qasımov, Şəhər 3 saylı ərazi təşkilatının sədri Mətanət Quliyeva, İmamqulubəyli ərazi təşkilatının sədri Xaliq Rəhimov çıxış etdilər.
Tədbirin sonunda Partiya işində səmərəli fəaliyyətinə görə Ağcabədi şəhər Yaşıllaşma sahəsi ərazi təşkilatının sədri Asəf Quliyev və Ağcabədi şəhər 2 saylı ərazi təşkilatının sədri Mehdi Məmmədov YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.