Mart ayının 10-da Aran kənd YAP ərazi təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir.
Yığıncaqdan əvvəl Yeni Azərbaycan Partiyasının banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Hesabat-seçki yığıncağında Aran kənd YAP ərazi təşkilatının sədri Çiçək Şirəliyeva məruzə edərək hesabat dövründə təşkilatın fəaliyyəti barədə məlumat verdi. Məruzədə qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin əldə edilməsinə xidmət etmişdir. Yarandığı gündən siyasi mübarizələrdə möhkəmlənərək YAP tezliklə öz ətrafında xalqına sədaqətli, ölkənin gələcəyinə biganə qalmayan ziyalıları və vətənpərvər insanları birləşdirərək böyük bir siyasi qüvvəyə çevrildi. Məruzədə YAP-ın VI qurultayından keçən dövr ərzində təşkilatın partiya həyatı ilə əlaqədar gördüyü işlər və keçirdiyi tədbirlər barədə ətraflı məlumat verildi.
Yığıncaqda ərazi təşkilatının uçotunda duran Aqil Əhmədov, Saray Əhmədova, Mahirə Qarabəyova çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rol, hesabat dövründə gördüyü işlər, Xalqımıza Qələbə sevinci yaşadan 44-günlük Zəfər Müharibəsi, Kovid-19 pandemiyası dövründə YAP üzvlərinin əhalinin maarifləndirilməsi, həmçinin virus əleyhinə peyvənd vurulması sahəsində YAP üzvlərinin fəaliyyəti ilə bağlı məsələlərlə bağlı öz fikirlərini bölüşdü.
Yığıncaqda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərarların Partiyanın fəaliyyətində keyfiyyət etibarilə əsaslı dəyişikliklərə gətirib çıxardığını, qurultayda qəbul edilən Yeni Nizamnamənin müasir dövrün tələbinə və çağırışlarına cavab verən, daha da təkmil idarəetmə strukturunun formalaşmasına gətirib çıxardığını
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.