AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılacaq

  • + A
  • - A
  • 6-06-2022, 16:02

    Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılacaq

    Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. Prosesə iyul ayında start veriləcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
    Azadmedia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
    Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR