AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda vəzifəli şəxs 341 min manatlıq dələduzluq ittihamı ilə həbs edilib

  • + A
  • - A
  • 6-06-2022, 18:46

    Azərbaycanda vəzifəli şəxs 341 min manatlıq dələduzluq ittihamı ilə həbs edilib


    Azərbaycan Sambo və Kikboksinq federasiyalarının sabiq vitse-prezidenti həbs edilib.

    Trend-in məlumatına görə, peşəkar idmançı Səbuhi Vaqif oğlu (Səbuhi Rəcəb) 341 min manatlıq dələduzluqda ittiham olunur.

    Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Təqsirləndirlilən şəxs ittiham aktı ilə tanış olmadığı üçün cinayət işinin baxışa təyin olunmamasını istəyib. Bu səbəbdən hazırlıq iclası iyunun 13-nə təxirə salınıb.

    Məlumata görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqda təqsirli bilinir. İdmançı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Sambo və Kikboksinq federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

    2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR