Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularının iştirakı ilə hərbi hissələrdə tədbirlər keçirilib.
Plana uyğun olaraq bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir-rəis heyətinə köməklik göstərilməsinə dair tövsiyə xarakterli metodiki məşğələ keçirilib.
Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup, eləcə də fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, onlarla söhbətlər aparılıb
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb və hərbi qulluqçulara xidmətlə bağlı lazımi tövsiyələr verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.