AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi 5000 manat məbləğində cərimələndi

  • + A
  • - A
  • 7-06-2022, 16:17

    Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi  5000 manat məbləğində cərimələndi

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

    Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

    Xidmət rəsmisi Vaqif Cavadov Azadmedia.az-a bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentlik tərəfindən sözügedən ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verilib.

    V.Cavadovun sözlərinə görə, Agentlik tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR