AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirilib

  • + A
  • - A
  • 10-06-2022, 13:16

    Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirilib

    “Tək bir Yer Kürəmiz var” devizi altında Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş toplantı çərçivəsində bilik yarışması keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışda ali təhsil müəssisələrində təhsil alan tələbələr, ekokönüllülər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

    Ətraf mühitin mühafizəsi və ekoloji məsələlərə yönəlmiş mövzularla əhatə olunan bilik yarışmasının məqsədi gənclərin ekoloji sahədə biliklərinin artırılmasıdır.

    Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Səməd Seyidov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bista, eləcə də, digər beynəlxalq təşkilatların nümayəndələrinin, səfirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarının və məşhur simaların iştirak etdiyi toplantının sonunda yarışmanın qalibləri mükafatlandırılıb.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR