AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heç bir şagirdinin universitetə qəbul olmadığı bildirilən məktəbdən AÇIQLAMA

  • + A
  • - A
  • 10-06-2022, 15:10

    Heç bir şagirdinin universitetə qəbul olmadığı bildirilən məktəbdən AÇIQLAMA

    Bu gün 152 nömrəli tam orta məktəb barədə gəzən məlumatlar birmənalı qarşılanmayıb.
    Azadmedia.az məktəbin məlumatını təqdim edir:

    "152 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.
    Belə ki, Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.
    Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.
    2021-2022-ci tədris ilində 152 nömrəli tam orta məktəbi 5 şagirdin bitirməsi nəzərdə tutulub. DİM tərəfindən təsdiq olunmuş cədvələ uyğun olaraq məzunların 5-i də buraxılış imtahanlarında iştirak edib və müvafiq bal toplayıb.
    Ötən tədris ilində məktəbin 6 məzunu olub. Onlardan 2-si Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə (Qurbanov Raul 276.5 bal toplayaraq "Beynəlxalq ticarət və logistika" ixtisasına, Mirzəmədov Eldar 328.8 bal toplayaraq "Marketinq" ixtisasına) qəbul olub.
    Digər məzun Beydullayev Ömər ali təhsilini Moskva Yəhudi Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə davam edir.
    Daha bir məzun Məmmədov Şahin isə təhsilini kollecdə davam edir. Beləliklə məzunların 50 %-i ali təhsil alırlar.
    Odur ki, mediada olan məlumat yanlışdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR