AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsinin sədri Masallı rayonunda vətəndaşları qəbul edib

  • + A
  • - A
  • 23-06-2022, 19:37

    Dövlət Komitəsinin sədri Masallı rayonunda vətəndaşları qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

    23 iyun 2022-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Masallı və Yardımlı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

    Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub. Eyni zamanda, şəhər ərazisindəki "Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi"i də ziyarət edilib.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri uşaqların sənədlərinin qaydasında olmaması, məşğulluq, əlilliyin təyin olunması,məişət zorakılığı və bir sıra digər məsələlərlə bağlı olub.

    Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
    [center]








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR