AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Roma Papası Kanadaya səfər edərək yerli əhaliyə edilən təcavüzə görə üzr istəyəcək

  • + A
  • - A
  • 25-07-2022, 09:01

    Roma Papası Kanadaya səfər edərək yerli əhaliyə edilən təcavüzə görə üzr istəyəcək

    Roma Papası Fransisk Kanadaya səfər edərək katolik yaşayış məktəblərində yerli əhaliyə edilən təcavüzə görə üzr istəyəcək, səfər zamanı yerli liderlərlə görüşəcək.
    Azadmedia.az CNN-ə istinadən xəbər verir ki, Roma Papası Fransisk Bazar günü Kanadanın Edmonton şəhərinə bir həftəlik səfər üçün Romadan ayrılıb və burada Katolik Kilsəsinin yaşayış məktəblərində Kanada yerli uşaqlarına qarşı zorakılıqdakı roluna görə üzr istəməyə hazırlaşır.
    Vatikan bu səfəri “tövbə ziyarəti” adlandırıb və Papa Edmontonda baş nazir Castin Trudeau və Kanadanın Baş Qubernatoru Meri Simon tərəfindən qarşılanacaq.
    Ölkədə olarkən o, yerli qruplarla görüşəcək və ölkənin yaşayış məktəblərində yerli mədəniyyətin sui-istifadəsi və silinməsi qalmaqalına toxunacaq.
    Keçən il Britaniya Kolumbiyası və Saskaçevandakı keçmiş yaşayış məktəblərinin ərazisində yüzlərlə nişansız məzar aşkar edilib.
    Kanadanın Həqiqət və Barışıq Komissiyası 4000-dən çox yerli uşağın ya baxımsızlıqdan və ya bir çoxu Katolik Kilsəsi tərəfindən idarə olunan yaşayış məktəblərində sui-istifadə nəticəsində öldüyünü bildirib.
    Aprel ayında Papa Vatikanda yerli liderlərlə görüşü zamanı bildirib ki, bir sıra katoliklərin, xüsusən də təhsil məsuliyyəti daşıyanların bütün bu hadisələrdə uşaqları yaralayan, məruz qaldıqları sui-istifadələrdə və həyatda oynadıqları rola görə kədər və utanc hissi keçirir.

    Roma Papası Kanadanın yerli xalqından üzr istəyəcək


    Papa səfər zamanı Kanadanın Nunavut ərazisinin paytaxtı Kvebek və İqaluit şəhərlərinə də səfər edəcək. Səfəri boyu onu iki kanadalı kardinal, kardinal Mark Ouelle və kardinal Maykl Çzerni müşayiət edəcək.

    85 yaşlı Frensis bu ayın əvvəlində dizindəki problemlərə görə Afrikaya səfərini təxirə salmışdı.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR