AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir

  • + A
  • - A
  • 30-08-2022, 09:03

    Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir

    Avqustun 30-da təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə başlanılır.

    İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edəcək.

    Test imtahanları 30 avqust-1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR