AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmədə iştiraka dəvət edirik

  • + A
  • - A
  • 23-09-2022, 18:17

    Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmədə iştiraka dəvət edirik

    Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmədə iştiraka dəvət edirik
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, uşaqların sağlamlığına təsir göstərən ekoloji, məişət və qida problemlərinin aradan qaldırılması, bu istiqamətdə valideyn məsuliyyətinin, uşaqlara diqqətin gücləndirilməsi, eləcə də əhalinin, xüsusilə yeniyetmələrin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin daha da artırılması ilə bağlı müvafiq dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

    Dövlət Komitəsi tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib. Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda, eləcə də təhsil müəssisələrində nümayiş etdiriləcək.

    Təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq. Aşağıda qeyd edilən link vasitəsilə elektron materialları yükləyib paylaşaraq, maarifləndirmə işinə siz də öz töhfənizi verə bilərsiniz.
    http://www.scfwca.gov.az/store/media/Sosial%20oval%20stiker%20%28r%C9%99ngli%29.pdf


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR