Əziz Əlibəyli,
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəriVə ya heykəl qoyulur?
Vaqif Azərbaycan ədəbi dilinin formalaşmasında tarixi xidməti olan şəxsdir.
Vaqif Qarabağ xanlığının güclənməsində mühüm rol oynamış şəxsdir.
Vaqif gələcəkdə dövlət elitasını formalaşdıracaq xanlığın, hətta iki xanlığın taleyində və sonrakı taleyində mühüm rol oynamış şəxsdir.
Onu hədəfə gətirən əsas detal şübhəsiz ki, Rusiyaya olan münasibəti və əlaqələridir ki, sonrakı illərdə Qarabağ xanlığı elə Rusiya tərəfindən də işğal edildi.
İndi bir çoxları Qarabağın işğalının əsas səbəbkarı kimi Vaqifi hesab edirlər.
Bəs belə olan halda Vaqifə niyə heykəl qoyulur?
Əslində Vaqifin irsinin yaradılması sırf tarixi - siyasi aspektdən vacibdir.
Yəni ermənilərə qarşı müharibənin əsas elementlərindən biri Vaqifdir.
Azərbaycan uzun illər işğal altında olan Qarabağın tarixi baxımdan ona məxsus olmasını dünyaya isbat etmək məcburiyyətində qaldığı üçün tarix adına istinadlardan biri Vaqif - onun yazışmaları, dəftərxanası idi.
Həmin sənədlər indi Peterburq arxivində yatır və Azərbaycan Vaqif detalı ilə Qarabağ dövlətçiliyinin, elə Rusiyanın etirafi ilə ermənilərin və Makron kimi avantürist siyasətçilərin "Qarabağ qədim erməni torpağıdır" tezisinə zərbə vurmaq üçün lazımdır.
O cümlədən Qarabağın tarixinə ayna tutmaq üçün.
Vaqif bütün hallarda Qarabağda ermənilərdən öndə dayandığına görə siyasi baxışının əlahiddə vintciyidir.
Yoxsa heç kim ona və siyasi baxışlarına heyran olduğu üçün heykəlini qoymur.
Ən azından bu vacib məsələyə 1982- çi ildə Heydər Əliyev tərəfindən Şuşada Vaqifə məqbərə ucladilmasinin səbəbi kimi də baxmaq olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.