"Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Qrant layihəsi çərçivəsində 16 noyabr 2022-ci ildə "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi İsmayıllı rayonunda yaşayan qadınlarla treninq-görüş keçirdi. Tədbirdə müxtəlif dövlət qurumları, təlimçilər, eləcə də öz bizneslərini qurmaq istəyən qadınlar iştirak edib.
Təlimdə çıxış edən "Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin sədri
Südabə Şirəliyeva regionlarda məşğulluğun təmin olunmasında kənd təsərrüfatı istiqamətinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, Məşğulluq Agentliyinin dəstəyi ilə icra olunan özünüməşğulluq proqramının yüksək faizi kənd təsərrüfatı istiqamətlidir. Südabə xanım qadınların fərqli peşələrə yiyələnməsinin və əmək bazarına uyğunlaşmasının vacibliyinə diqqət çəkib. Qeyd edib ki, rəhbərlik etdiyi İctimai Birlik tərəfindən davamlı olaraq qadınların məşğulluğuna dəstək olmaq, onların dayanıqlı iş yeri ilə təmin olunması, həmçinin kiçik sahibkar kimi formalaşmaları üçün dəstək layihələri həyata keçirilir.
Daha sonra qrant layihəsi çərçivəsində görülən işlər, layihənin dayanıqlılığının və davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə təqdimat edilib, görüş panel müzakirələrlə davam etdirilib.
Südabə xanım söhbət zamanı qeyd etdi ki, regionda keçirdiyimiz layihələrdə dövlət qurumları ilə də əməkdaşlıq edirik. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOBİA) (KOB Dostu) Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, Dövlət Məşğulluq Agentliyinin layihələr həyata keçirdiyimiz rayonlarda olan nümayəndələri təlim iştirakçılarını maraqlandıran sullara cavab verirlər.
Xatırladaq ki, “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
2008-ci ildən "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) Xüsusi Konsultativ Statusa malik QHT-dir.
QHT-nin əsas fəaliyyət istiqaməti (missiyası): Azərbaycanda qadınlara praktiki yardım göstərmək və İnformasiya – treninq proqramlarının təşkilidir.
Ənənəvi olaraq treninqlər zamanı qadınlara bildirildi ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmısı vacibdir. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq.
Elnura Abuşova
Layihənin informasiya üzrə əlaqələndiricisi“Qadın və Müasir Dünya” Mərkəzi
Beynəlxalq Əlaqələr və İnformasiya Departamenti
(+99450)332 26 18
cwmw_az@yahoo.com